Paşinyandan Azərbaycanla bağlı gözlənilməz paylaşımbackend

Paşinyandan Azərbaycanla bağlı gözlənilməz paylaşım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi təşəbbüsünü müsbət qarşılayıb.

Milli.Az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın EPC-yə ev sahibliyi üçün bir-birinin namizədliklərini qarşılıqlı şəkildə dəstəklədiklərini vurğulamaq vacibdir.

Bu qarşılıqlı yanaşma regional əməkdaşlıq və diplomatik münasibətlər baxımından önəmli addım kimi dəyərləndirilir.