Paşinyandan Baydenə: Qafqazda sülhün bərqərar olması…backend

Paşinyandan Baydenə: Qafqazda sülhün bərqərar olması…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan bir çox sahələrdə ABŞ ilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa çatdırmağa hazırdır.

Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Cozef Baydenə Müstəqillik Günü ilə bağlı göndərdiyi təbrik məktubunda deyib.

“Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, demokratik islahatlar, iqtisadi və enerji dayanıqlılığının möhkəmləndirilməsi, ədalət mühakiməsi, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiqlik Ermənistan və ABŞ arasında strateji dialoqun gücləndirilməsi konsepsiyasında öz əksini tapıb”, – o deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olması prosesindəki roluna önəm verir:

“Fürsətdən istifadə edərək, Ermənistanın sülh gündəliyinə sadiqliyini təsdiqləmək və bu mühüm dövrdə davamlı və möhkəmlənən tərəfdaşlığımızın ölkələrimiz və region üçün dinc və daha firavan gələcəyin formalaşmasına kömək edəcəyinə əmin olduğumu bildirmək istəyirəm”.