Paşinyandan etiraf: Bu ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq?-AÇIQLAMAbackend

Paşinyandan etiraf: Bu ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş nazirinin sülhlə bağlı açıqlaması manipulyasiyadır”.

Bunu Editor.az-a politoloq Məhəmməd Əsədullazadə Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvan Ağsaqqallar Şurasına səs verdikdən sonra jurnalistlərə açıqlamasında “Ermənistan və Azərbaycan oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammitində sülh müqaviləsi imzalamağı planlaşdırmır. Çünki sənədin imzalanması nəzərdə tutulsaydı, bu, o demək olardı ki, bu, maraqlar balansına hörmətlə yanaşır və biz onu imzalamağa hazırıq. Biz sülh gündəliyinin bizim prioritetimiz olduğunu söylədik və bunu tez bir zamanda istəyirik ki, mümkün qədər – ilin sonuna qədər, gələn ilin əvvəlində Azərbaycanla sülh müqaviləsi imzalansın”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanmasına hazır deyil:

“Azərbaycan rəsmi İrəvana növbəti dəfə sülh təkliflərini verib. Ermənistanın hansı təkliflər irəli sürəcəyini gözləyirik. Çünki rəsmi İrəvanın təkliflərində Qarabağla bağlı məsələ yer alır ki, bu da Azərbaycanın daxili işlərinə qarışmaqdır”.

Politoloqun fikrincə, hazırda vəziyyət böhranlıdır: ” Danışıqlar prosesi demək olar ki, keçirilmir. Oktyabrda keçirilməsi planlaşdırılan Qranada görüşündə növbəti danışıqların baş tutması üçün razılıq əldə edilə bilər. Yenə də hərşey Ermənistanın siyasi iradəsindən asılıdır. Əgər rəsmi İrəvan Azərbaycanın tələblərinə cavab verərsə, irəli sürdüyü təkliflərdə Qarabağ məsələsi yer almazsa, sülh müqaviləsinin mətni tam hazır ola və ilin sonuna qədər müqavilənin imzalanası gözlənilə bilər. Lakin Ermənistanın bunu edəcəyini düşünmürəm”.

M.Əsədullazadə hazırkı vəziyyəti böhrandan çıxartmaq üçün liderlərin görüşünü vacib hesab edir: ” Bu görüş növbəti danışıqlar mərhələsi üçün xüsusi rol oynayacaq, amma oktyabrın 5-də baş tutacaq görüşdə sülh müqaviləsi imzalanmayacaq”.

//Safura Bənnayeva, Editor.az