Paşinyandan geri addım: Gedişat tərs istiqamətdə dəyişirbackend

Paşinyandan geri addım: Gedişat tərs istiqamətdə dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB Parlament Assambleyasının toplantısına qatılmayacaq Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın arzuolunmaz şəxslər siyahısına düşüb.

Editor.az teleqraf.com-a istinadən bildirir ki,  bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Məlumata görə, Simonyanın iclasa qatılmamasının səbəbi Rusiya əleyhinə açıqlamalarıdır. Vaxtilə Rusiyanın sevimlisi, bəzi yüksək rütbəli rus dövlət adamları ilə isti münasibətlərdə olan Simonyan indi imperiyanın arzuolunmaz qonaqları siyahısına düşüb.

Bu münasibət ikitərəflidir, o, tədricən Rusiya əleyhdarına çevrilib, bəyənmədiyi sorosçu dairələrdə assimilyasiyaya uğrayıb. Üstəlik, geosiyasi proseslərlə əlaqədar hökumətdə dəyişiklik prosesi gedir. Özünü yenidən Putinin qucağına atmağa çalışan Paşinyanı qərbpərəst Simonyanla tarazlaşdırmağa çalışırlar”, – məqalədə deyilir.