Paşinyandan Putinlə görüşdə absurd açıqlama: “Dağlıq Qarabağ münaqişəsi həll edilməyib”backend

Paşinyandan Putinlə görüşdə absurd açıqlama: “Dağlıq Qarabağ münaqişəsi həll edilməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. “Rossiya-24” telekanalının yaydığı xəbərə görə, görüş Kremldə baş tutub. Görüşün protokol hissəsində V.Putin və N.Paşinyan çıxış ediblər.

Rusiya prezidenti N.Paşinyanla mütəmadi telefon danışıqları apardığını vurğulayıb: “Əlbəttə ki, şəxsi görüşlər hər zaman məhsuldar keçir. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Formal və qeyri-formal danışıqlar aparacaq, birlikdə nahar edəcək və mövcud məsələləri müzakirə edəcəyik”.

V.Putin Rusiya-Ermənistan əməkdaşlığına dair əsas məsələləri, eləcə də regionda vəziyyətin nizamlanması barədə fikir mübadiləsi aparacaqlarını da vurğulayıb.

Öz növbəsində, N.Paşinyan çıxışında Rusiya prezidenti ilə dördüncü dəfə görüşdüyünü xatırladıb: “Bu, bizim münasibətlərin yüksək dinamikasından xəbər verir. Regionda, ümumilikdə dünyada dinamik proseslər gedir. Çox vacibdir ki, müttəfiqlər tez-tez görüşsünlər, danışsınlar”.

“Regionda hələlik vəziyyətin stabilləşməsindən danışmaq mümkün deyil”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qaldığını bildirib. Ermənistanın baş naziri Rusiyanın bu münaqişənin həllində, ümumiyyətlə regionun təhlükəsizliyində açar rolunu oynadığını diqqətə çatdırıb.

Paşinyan qeyd edib ki, hələlik regionda vəziyyətin tam sabitləşməsindən danışmaq olmaz. Baş nazir əlavə edib ki, regionun təhlükəsizliyinin təmin olunmasında Rusiya açar rolunu oynayır: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Əlbəttə ki, bütün bunlar vacib məsələlərdir”.