Paşinyandan qəribə davranış: İki ay əvvəl görüşdüyü Trampa özünü yenidən təqdim etdibackend

Paşinyandan qəribə davranış: İki ay əvvəl görüşdüyü Trampa özünü yenidən təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti qəribə davranışı ilə diqqət çəkib. O, Şarm əl-Şeyxdə keçirilən mətbuat konfransından sonra ABŞ Prezidenti Donald Trampa yaxınlaşıb və özünü ona təqdim edib.

Bu barədə Oxu.AzVesti.ru-ya istinadən xəbər verir.

“Cənab prezident, mən Ermənistanın baş naziriyəm. Çox sağ olun, Allah sizi qorusun”, – deyə Paşinyan Trampa müraciət edib.

Paşinyan avqustun əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev ilə Birgə bəyannamə imzalamaq üçün Vaşinqtonda səfərdə olarkən Trampla həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə təmasda olmuşdu. Bu səbəbdən onun iki ay sonra onun özünü ABŞ Prezidentinə yenidən təqdim etməsi media mənsublarına maraqlı gəlib.