Paşinyandan ŞOK MÜRACİƏT: KTMT İrəvana qoşun yeridə bilərbackend

Paşinyandan ŞOK MÜRACİƏT: KTMT İrəvana qoşun yeridə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstandan nümunə götürərək Kremldən KTMT qoşunlarının Ermənistana göndərilməsini istəyib.

Bu barədə “Baza” nəşri mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb İrəvanda və digər şəhərlərdə dövlət başçısını qorxuya salan gündəlik kütləvi etiraz aksiyalarıdır.

Mənbənin sözlərinə görə, KTMT-nin Moskva sammiti ərəfəsində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda Ermənistan sədrlik edir) Paşinyan KTMT-yə rəsmi sorğu göndərib.

“O, Moskvaya Təşkilat üzvlərindən zəmanət almaq üçün gəlib: İrəvanda vəziyyət Qazaxıstan ssenarisi üzrə inkişaf etsə, o zaman Rusiya və KTMT-nin digər üzvləri qoşun yeridəcək, iğtişaşları yatıracaq və Paşinyanın hakimiyyətdə qalmasına kömək edəcək. İddialara görə, hazırda ölkədə millətçi hərəkat geniş vüsət alır ki, bu da dövlətin konstitusiya quruluşunu təhdid edir. Buna görə də Təşkilatın Ermənistana hərbi kontingentin göndərilməsi ilə bağlı qərarı zəruridir”, – Rusiya PA-dakı mənbə bildirib.

Məlumata görə, Prezident Administrasiyasında Paşinyanın xahişi rədd edilib və onun özündən xahişi geri götürməsi tələb olunub, əks halda Ermənistan tərəfinə bunun rəsmi olaraq gündəmdən çıxarılacağı vəd edilib.

Başqa bir mənbənin məlumatına görə, Prezident Administrasiyasının cavabından sonra Ermənistanın baş naziri birbaşa Vladimir Putindən dəstək almağa çalışıb.

“Amma burada da ona rədd cavabı verilib. Paşinyanla ikitərəfli görüş tədbirin sonuna qədər təxirə salınıb və Ermənistan prezidenti Putinlə görüş üçün beş saat gözləyib, lakin sonda problemini rusiyalı hərbçilərinin köməyi ilə həll etməyə razılıq verməyib”.

Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyana qarşı mitinqlərin davam edir. Etirazçılar onun istefasını tələb edirlər.