Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: “Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var”backend

Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: “Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə daxilində və xaricində Azərbaycanla əldə olunan sülhü pozmaq istəyən qüvvələr mövcuddur.

Musavat.com xəbər verir ki, Paşinyan avqustun 8-də Vaşinqtonda imzalanan deklarasiyanı xatırladaraq, bunun sülhün təsdiqi baxımından mühüm addım olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bəzi qüvvələr bu sənədin gündəmdə olmasını istəmir və sülhün pozulmasına çalışır:
“Deklarasiya imzalanıb, lakin bu, bir çoxlarının planlarına uyğun deyil. Onlar elə etmək istəyirlər ki, sülh pozulsun. Belə qüvvələr həm Ermənistanda, həm də onun hüdudlarından kənarda mövcuddur”.