Paşinyandan Şuşa etirafı: “Ermənistan hakimiyyəti artıq həqiqətləri etiraf etməyə məcburdur” -Millət vəkilibackend

Paşinyandan Şuşa etirafı: “Ermənistan hakimiyyəti artıq həqiqətləri etiraf etməyə məcburdur” –Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyan son vaxtlar verdiyi müsahibələrdə və parlamentdə çıxışlarında bir çox gizli məqamlara aydınlıq gətirməyə və həqiqətləri  etiraf etməyə başlayıb. O, son Şuşa etirafı ilə Şuşanın bilavasitə azərbaycanlıların məskunlaşdığı tarixi bir şəhər olduğunu təsdiqlədi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, Paşinyan bunu etiraf etməyə məcburdur. Çünki Azərbaycanın regionda yaratdığı yeni reallıqlar bunu tələb edir:

” Bir vaxtlar Şuşada yallı gedən baş nazirin son etirafları Azərbaycan Prezidenti cənab İlham Əliyevin tarixi faktlara əsaslanaraq etdiyi cəsarətli çıxışlardan və verdiyi müsahibələrdən qaynaqlanır. Paşinyan  faktlar qarşısında aciz olduğunu həqiqətləri dilə gətirməyə məcbur olduğunu öz çıxışlarında artıq sübut edir. Bu, cənab Prezidentin siyasi gedişlərinin, tarixi qələbəmizin nəticəsidir. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti hələ bundan sonra da bir çox gizli məqamları açmağa məcbur olacaq. Ermənistan tezliklə tarixi Azərbaycan torpaqlarının varlığını qəbul edərək sülh  müqaviləsinə imza atmağa məcbur olacaq. Çünki Ermənistanın başqa yolu yoxdur. Bu gün Azərbaycan haqq- ədalətə, beynəlxalq hüquq normalarına əsaslanaraq öz sözünü deyir və mübarizəsini davam etdirir. Tarix, ədalət bizimlədir. Ona görə də Ermənistan hakimiyyəti Azərbaycanın tarixi torpaqlarını etiraf etməklə yanaşı, bir çox torpaqlarımızı da geri qaytarmağa məcbur olacaq. Çünki bu gün Azərbaycan diktə edən tərəfdir və nə dedisə o da olmalıdır”.

//Gülnarə Abasova, Editor.az