PAŞİNYANDAN TİPİK ERMƏNİ HƏYASIZLIĞI… – Və BMT monitorundan püskürdülən yalanlar…backend

PAŞİNYANDAN TİPİK ERMƏNİ HƏYASIZLIĞI… Və BMT monitorundan püskürdülən yalanlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin ardınca Ermənistan baş naziri Nikol Paşinyan da BMT-nin 76-cı Baş Məclisinin sessiyasında video-formatda çıxış edib. Əgər buna çıxış demək mümkünsə.

Gözdən pərdə asmaq naminə işlədilən bəzi şablon sülhpərvər ifadələr istisna olmaqla, Nikol 12 dəqiqəlik moizəsində tipik erməni həyasızlığı ilə yenə də dünya birliyinə ağıl verməyə çalışıb, hamını çoxdan bezdirmiş nimdaş yalanlarla “yedizdirməyə” cəhd edib, Azərbaycana ünvanlı növbəti hədyanlar söyləyib, ittihamlar irəli sürüb, ən önəmlisi, Ermənistanın ölkəmizə qarşı ərazi iddiasını rəsmən bir daha təsdiqləyib.

Bu adam indi guya Azərbaycan və Türkiyə ilə anlaşmaq istəyir. Əlbəttə ki, onun təsəvvüründəki anlaşma heç vaxt reallaşan deyil. Odur ki, nə özünü boş yerə yorsun, nə də bədbəxt xalqının başının altına təptəzə yastıq qoysun. Ondansa nə qədər gec deyil, Bakı və Ankaranın İrəvana atdığı “təhlükəsizlik yastığı”nı götürüb də ölkəsini batmaqdan xilas eləsin.

Bəs Paşinyan nə edir? BMT-dəki çıxışında sarsaqlayır ki, “2020-ci ilin payızında Dağlıq Qarabağ təcavüzə məruz qalıb”. Yəni bəri başdan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır, beynəlxalq ictimai rəyə hələ də “Dağlıq Qarabağ” adında hansısa mifik “dövlət”i sırımağı xəyal edir.

Çünki “təcavüz” dövlətlərarası münasibətlərə aid anlayışdır. BMT Nizamnaməsində bu haqda dəqiq yazılıb. Orada həmçinin istənilən ölkənin xarici təcavüzə qarşı başqa dövlətlərin köməyindən istifadə eləməklə onu aradan qaldırmaq haqqı tanınır. Azərbaycan da elə bunu edib.

Əgər “Dağlıq Qarabağ” “təcavüzə” məruz qalmışdısa, nədən ermənipərəst Fransa istisna olmaqla, dünya bunu vecinə almadı? O cümlədən Ermənistanın 1 nömrəli müttəfiqi Rusiya buna laqeyd qaldı. Ona görə ki, bir ölkə – Azərbaycan öz ərazisinə təcavüz edə bilməz, onu işğaldan azad edər! “DQR” adında qondarma, marionet “dövləti” Ermənistanın özü belə tanımamışdısa, yəni onun varlığına İrəvanın özü də inanmamışdısa, hansı “təcavüz”dən dəm vurur bu Pişikyan?!

“Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçən bölgələrində erməni xalqı tamamilə etnik təmizləməyə məruz qaldı. Təəssüf ki, beynəlxalq birlik burada da kütləvi cinayətlərin qarşısını ala bilmədi. Bu gün Azərbaycanın nəzarətindəki ərazilərdə bircə erməni yaşamır və yaşaya bilməz”.

Paşinyanın çıxışındandır. Özü də bilir ki, ağ yalan danışır, yoxsa “təəssüflə” deməzdi ki, “beynəlxalq birlik yenə kütləvi cinayətlərin qarşısını ala bilmədi”. Törədilməyən, olmayan etnik təmizləmənin qarşını dünya necə alaydı? Bu bir.

İkincisi, Azərbaycanda Qarabağ da daxil, hələ də on minlərlə erməni yaşadığı halda, Ermənistanın özü hələ SSRİ dönəmində (!) sonuncu azərbaycanlını da öz dədə-baba yurdundan qovaraq mono-etnik ölkəyə çevrilib. Əsl etnik təmizləmə hansıdır indi?

O ki qaldı Qarabağ anklavındakı bir ovuc erməniyə, onların taleyi öz əlindədir. Heç kim onları yaşadıqları yerdən çıxarmağa hazırlaşmır, yetər ki, ərazinin mənsub olduğu Azərbaycanın Konstitusiyasını qəbul eləsinlər, separatçılıq havasını başlarından birdəfəlik çıxarsınlar. Bundan ötrü isə çox vacibdir ki, İrəvandakı avantürist və revanşistlərin, daşnak tör-töküntülərin səsinə yox, sərt gerçəyin diktəsinə və Bakının xoşməramlı çağırışına qulaq versinlər. Bu, onlar üçün sonuncu şansdır. Əks təqdirdə, Laçın dəhlizi açıqdır, buyurub hara istəyir cəhənnəm ola bilərlər və bu əsla “etnik təmizləmə” adlanmayacaq.

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə yenidən başlamaq lazımdır. Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnu güc tətbiq etməklə dayandırmaq olmaz. Konflikt güc yolu ilə həll edilmiş sayıla bilməz. Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini gözləyir. Bunu həmsədrlərin danışıqlar prosesini məlum prinsiplər əsasında bərpa eləməyin vacibliyini vurğulayan bəyanatları da sübut edir”, – bunu da BMT monitorundan Paşinyan deyib.

 

 

Azərbaycan əsgərinin tarixə gömdüyü Minsk Qrupu, “məlum həll prinsipləri”, heç vaxt mövcud olmamış “Qarabağ xalqı”nın haqq eləmədiyi “öz müqəddəratı təyinetmə” hüququ. Bəh-bəh. Erməni xalqının faciəsi ondadır ki, onun rəhbərləri hələ də bu sərsəm iddia və ideyalarla yaşayır, onu haqq yoluna dönməyə qoymurlar.

Yeri gəlmişkən, dünən Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərin iştirakı ilə bir araya gəlməsi faktını da çox ciddiyə almayın. Bu, olsa-olsa, başımızı dəng eləmiş ermənipərəst “vasitəçilərə” qalibiyyətli müharibədən sonra Bakının xala xətrinə elədiyi bir jestdir. Bəlkə də sonuncu jest. Bununla onların əlinə bir “oyuncaq” verildi ki, başları qatışsın. Əsas odur ki, nazir Ceyhun Bayramov ABŞ-a həmsədrlərlə görüş niyyəti ilə getməyib və sonuncularla təmas zamanı Azərbaycanın prinsipial mövqeyini bir daha onların nəzərinə çatdırıb…

Aydındır ki, İrəvan Minsk Qrupunun dirilməsini yalnız ona görə israrla istəyir ki, bu üzdəniraq qurum, daha dəqiqi, hələ də erməni dili ilə danışan “xristian üçlüyü” 27 ildə BMT-nin ona verdiyi mandatı unudaraq, müstəsna olaraq Ermənistanın tərəfini tutub, işğalı legitimləşdirməyə və Bakıya gizli-açıq təzyiqlərlə, təhdidlər yolu ilə Azərbaycan torpalqarında ikinci saxta erməni dövləti yaratmağa səy göstərib.

Sizİ inandırım ki, əgər həmsədr dövlətlər bu 27 ildə bircə dəfə bəyan eləsəydilər ki, “BMT TŞ-nin Qarabağa dair qətnamələri qeyd-şərtsiz yerinə yetirilməlidir”, yaxud “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməldiir”, o halda kapitulyasiya akrından sonra bir erməni iti də “Minsk Qrupu” ifadəsini murdar dilinə gətirməyəcəkdi. Allaha min şükür ki, müzəffər Ordumuz onların bütün məkrli arzularını gözündə qoydu…

Təbii ki, heç bir status mövzusu və ya “öz müqəddəratı təyinetmə” bayatısı Minsk Qrupunun ifasında təzədən səslənə, gündəmə gələ bilməz. Qatar 11 aydır gedib. Azərbaycanla Ermənistan arasında həll olunmalı yeganə bir məsələ qalır ki, o da iki ölkə arasında bir-birinin ərazi bütövlüyünü tanımağı nəzərdə tutan sülh müqaviləsinin imzalanması, ardınca da sərhədlərin delimitasiyası və demarkasiyasıdır.

Özü də ikinci birincidən qabağa keçə, “at arabanın arxasına bağlana” bilməz. Necə ki, İrəvan delimitasiya və demarkasiya bəhanəsi ilə neçə vaxtdır sülh müqaviləsinin imzalanmasını ləngidir. Halbuki Azərbaycanla Gürcüstan, Azərbaycanla Rusiya bir-birinin suverenliyi və ərazi bütövlüyünü çoxdan tanıyıb, amma qonşular arasında delimitasiyası və demarkasiya prosesi hələ də davam edir, bitməyib. Ermənistan da istisna ola bilməz, olmayacaq…(musavat.com)