Paşinyandan Türkiyə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASIbackend

Paşinyandan Türkiyə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 24-də feysbuk səhifəsində onlayn keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər.

“Artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrimizin görüşü olub. Bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Danışıq fürsətini qaçırmağımız məntiqsiz olardı. Qeyd edim ki, dünya birliyi, o cümlədən Rusiya, Avropa İttifaqı, ABŞ, region dövlətləri münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir”, – deyə Ermənistanın baş naziri əlavə edib.

Nikol Paşinyan qeyd edib ki, onların ictimaiyyətdən gizli heç bir sirləri yoxdur: “Bizim siyasətimiz ictimai elanlar sferasında olacaq. Amma davamlı olaraq məlumatların sızması prosesə heç bir fayda verməyəcək”.

//publika.az