Paşinyandan Zəngəzur dəhlizi haqda ikibaşlı açıqlamabackend

Paşinyandan Zəngəzur dəhlizi haqda ikibaşlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ərazisindən keçəcək dəhliz vədi vermədiyimi sübut edə bilərəm”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qərb regionları ilə Naxçıvan arasında ayrıca kommunikasiya gündəmi yoxdur. O bu məsələnin regional kommunikenin açılması çərçivəsində müzakirə edildiyini bildirib. Paşinyan hazırda iki ölkə arasında yeni infrastrukturun tikintisi ideyasının olduğunu deyib:

“Ermənistan belə infrastrukturlar tikmək öhdəliyinə sahib deyil. Ermənistan bu variantı da nəzərdən keçirə bilər. Əgər razılıq olsa, bu variant tətbiq ediləcək. Əgər bunun regional inteqrasiya və qarşılıqlı fon yaratdığını görsək, razılaşacağıq. Bu yollar Ermənistanın suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir”.

Bununla belə Paşinyan Ermənistanın cənub və şimalını birləşdirən dəmiryolu əlaqəsinin yalnız Naxçıvan vasitəsilə təmin olunduğunu deyib.

“Mehri və Ayrımı birləşdirən bütün mümkün dəmiryolları Azərbaycan ərazisindən keçir. Arazdəyən Mehriyə, Horadiz isə Ordubada eyni prinsiplə birləşəcək. Biz yeni dəmiryolu tikmək barədə Brüsseldə razılaşmışıq, amma məsələnin hüquqi hissəsinə gələndə Azərbaycan imzalamaqdan imtina etdi. Mən dedim ki, imzalayıram, Azərbaycan imzalamadı”, – N.Paşinyan iddia edib.

Globalinfo.az