Paşinyanın aqressiv ritorikası: “Bəyannamənin bütün bəndləri qüvvədə qalır”-AÇIQLAMAbackend

Paşinyanın aqressiv ritorikası: “Bəyannamənin bütün bəndləri qüvvədə qalır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, hər iki ölkənin vətəndaşlarının, nəqliyyat vasitələri və yüklərin iki istiqamətdə də maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməlidir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanları həyata keçirməlidir”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Ermənistan Baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv etməyə çalışdığı ilə bağlı Ermənistanın “Qraparak” qəzetinin yazdığı xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan dəfələrlə verdiyi bəyanatlarında ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması ilə bağlı fikirlər səsləndirib:” Lakin Zəngəzur dəhlizinin açılması, nəqliyyat əlaqəsinin Naxçıvan Muxtar Respublikasından yaradılması istiqamətində konkret hər hansı addım atılmır. Digər tərəfdən isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orada nəzarəti həyata keçirməsindən imtina olunur. Hansısa yeni qurumun yaranması ilə bağlı da bəyanatlar verir. Azərbaycan isə alternativ olaraq İrandan keçəcək yolun inşasına başlayıb. Bu yoldan istifadə olunacaq”.

Deputatın fikrincə, Zəngəzur dəhlizinin açılması daha çox Ermənistan üçün əhəmiyyətlidir:

“Əvvəl-axır rəsmi İrəvanın istəyib-istəməməsindən asılı olmayaraq onsuz da həmin yol istifadəyə açılacaq. Çünki tək regional deyil, beynəlxalq səviyyədə bəzi ölkələr həm İran yolundan, həm də Zəngəzur dəhlizindən istifadə edərək öz logistik daşımalarını həyata keçirə bilərlər”.

A.Nağıyev 10 noyabr bəyannaməsinin bütün bəndlərinin qüvvədə qaldığını və bunu inkar etməyin qeyri-mümkünlüyünü də diqqətə çatdırıb:” Müxtəlif ölkələrin, siyasətçilərin təsiri altında Nikol Paşinyan belə bəyanatlar səsləndirir. Bununla da müəyyən sakitlik yaratmağa çalışır. Qazaxın 7 kəndi və Kərkinin qaytarılması prosesi də baş tutacaq”.

//Safura Bənnayeva, Editor.az