“Paşinyanın arvadı kef edir, biz burada zülm çəkirik” – Erməni hərbçi üsyan etdi – VİDEObackend

“Paşinyanın arvadı kef edir, biz burada zülm çəkirik” – Erməni hərbçi üsyan etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşiyanın arvadı kef edir, biz isə burada zülm çəkirik. Baxın halımıza, vəziyyətimizə.

Ermənistanın Sünik (Zəngəzur) bölgəsində Azərbaycanla sərhəddə postda olan erməni sərhədçi video yayıb.

O, xidmət şərtlərinin və ən başlıcası, təminatın yarıtmaz səviyyədə olduğunu deyib.

“Paşinyanın arvadı Anna Hakopyan Moskvada əylənir, elitar restoranlarda nahara 5 min dollar verir. Hökumət üzvləri də eyş-işrətdədir, keflərindən qalmırlar. Biz sərhədçilər isə burada, adi və ucuz çadırlarda yaşayırıq, yerdə yatırıq, qarın içində. Biabırçılıq, rüsvayçılıqdır. Ölkə öz ordusunu belə saxlamalıdır?!” – erməni sərhədçi söyləyib.

Onun sözlərinə görə, sərhədçilərin təminatı ilə kimsə məşğul olmur. Postlarda sursat, ərzaq çatışmır, sobalar yoxdur.

“Qarın içində yatırıq. Çoxumuz xəstələnmişik. Dərman da tapılmır. Kimsə bizimlə maraqlanmır”, – sərhədçi bildirib.

Ermənistanın Müdafiə Nazirliyi sözügedən videonu şərh etməyib. Lakin nazirliyin mənsubları dolayı yollarla erməni mediasına “sızdırılan” məlumatlarda vurğulayıblar ki, sən demə, erməni sərhədçilərin “təminatı ən üst səviyyədədir və hər hansı şikayət üçün əsas yoxdur”.

Halbuki hər şey tam tərsinədir.

Ermənistan-Azərbaycan sərhədində olan erməni hərbçilərin mövqeləri, müşahidə-nəzarət postları yarıtmaz vəziyyətdədir. Erməni sərhədçilər arasında yoluxucu xəstəliklər, hətta COVİD-19 koronavirusun da yayıldığı iddia olunur.

Yanvarın 1-dən bəri sərhəd postlarında artıq 39 erməni əsgərin ciddi səhhət pozuntuları ilə hospitallara aparılması barədə xəbərləri ermənilər sosial şəbəkələrdə paylaşırlar.

Əvvəlki illərdə olduğu kimi, Ermənistan ordusunda korrupsiya, rüşvətxorluq, zabitlərlə əsgərlər arasında Nizamnamədən kənar münasibətlər və s. baş alıb gedir.

//milli.az