Paşinyanın arvadı terrorçularla birlikdə hərbi təlimdə.. – Saxta humanizm !backend

Paşinyanın arvadı terrorçularla birlikdə hərbi təlimdə.. – Saxta humanizm !

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Anna Akopyanının işğal altındakı torpaqlarımıza getməkdə, əlinə silah almaqda məqsədi nədir?!”

Biz ermənilərin  kim olduqlarını bilirik. Qoy, A..Akopyanı məclislərdə başa keçirənlər gözlərini açsınlar, kimin kim olduğunu görsünlər”
Paşinyanın arvadı əlinə silah aldı, hərbi təlimlərdə iştirak edir: “Günah onu barış göyərçini kimi qəbul edənlərdədir”.
Ermənistan baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlərə qatılıb. Bu barədə Ermənistan KİV-i yazıb. Bildirilir ki, “Mənim addımım” fondunun direktoru kimi işğal altındakı torpaqlarımıza gələn Anna Akopyan yerli erməni qadınlarla 6 günlük hərbi təlimlərə qatılıb.
 Başqa vaxt azərbaycanlı analara səslənib sülh tərəfdarı olduğunu deyən, gənc əsgərlərin ölümündən narahatlığını bildirən Anna Akopyan bəs niyə indi əlinə silah alıb? Nə üçün terroristlərlə birlikdədir? Əslində nə fərqi var ki – ya erməni, ya terrorist? Eyni məna, eyni məzmundur.
Nikol Paşinyanın arvadının hərbi təlimlərdə iştirakı ilə bağlı “Sherg.az”a danışan “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bunu düşmən tərəfinin sülhə çağırışının nə qədər saxta olduğunun sübutu kimi qiymətləndirir:
 “Ermənilər sülhdən yana olduqlarını deməklə, hətta hər fürsətdə türkləri suçlamaqla “gözdən pərdə asırlar”. Bu saxta bəyanatlar onların özlərini məsum göstərmələrinə, gündəlik işğalçı siyasətlərinə xidmət edir.
Paşinyanın arvadının işğal altındakı torpaqlarımıza getməkdə, əlinə silah almaqda məqsədi nədir?
Biz onsuz da erməniləri tanıyır, kim olduqlarını bilirik. Qoy, Anna Akopyanı məclislərdə başa keçirənlər gözlərini açsınlar, kimin kim olduğunu görsünlər”.

//sherg.az