Paşinyanın bir-birinə zidd AÇIQLAMALARI- Millət vəkili ŞƏRH EDİRbackend

Paşinyanın bir-birinə zidd AÇIQLAMALARI- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağ məsələsinin həlli istiqamətində Qərb ölkələrinin təklifi Ermənistan üçün qəbulolunmazdır. Paşinyan əlavə edib ki, dünya ictimaiyyəti istisnasız Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

Maraqlıdır, Paşinyanın bu açıqlamaları Soçi görüşü öncəsi nəyə hesablanıb?

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Paşinyanın fikirləri bir-biri ilə ziddiyyət təşkil edir:

“Çünki Qərb Qarabağı Azərbaycanın suverən ərazisi hesab edir və sülh müqaviləsinin imzalanmasında Qarabağın ermənilər yaşadığı dağlıq ərazisində yaşayan ermənilərin təhlükəsizliyinin Azərbaycanın daxili işi olduğunu qəbul edir. Paşinyan və ermənilər bunu belə qəbul edib. Amma Putinin Valday diskusiya klubunda verdiyi açıqlaması Paşinyanı yenidən istiqamətini dəyişməyinə məcbur etmişdir. Paşinyan Sorusun nümayəndəsidir və aldığı tapşıra görə ölkəsini Rusiyanın nəzarətindən çıxartmalıdır. Amma Rusiya prezidentinin açıqlaması erməni cəmiyyətini yenidən revanşizmə və yeni ideyalara ruhlandırıb. Xankəndidə keçirilən süni mitinq də bundan irəli gəlir. Ona görə də Paşinyan Rusiyanın mövqeyi ilə razılaşmağa məcbur olub. Amma bu mövqe heç də regiona sülh gətirmir. Regionun gələcəyi ölkələrin suverən ərazilərinə hörmət əsasında qurulmalıdır. Hesab edirəm ki, Paşinyanın rusiyayönümlü hərəkətləri müvəqqətidir və bir müddət keçəndən sonra yenidən Qərb yönümlü siyasətini davam etdirəcək. Bununla da  sülh müqaviləsinin imzalanması prosesinə başlanılacaq. Hər halda hadisələrin hansı istiqamətə irəliləyəcəyi ilə bağlı fikirləri Soçi görüşündən sonra demək mümkün olacaq. Ümid edirəm ki, bu görüş də sülh müqaviləsinin imzalanmasına bir addım yaxınlaşdıracaq”.

//Gülnarə Abasova, Editor.az