“Paşinyanın bu hərəkətləri nəinki üçtərəfli razılaşmanın icra edilməsinə, həm də Rusiyaya qarşıdır”- Millət vəkilibackend

“Paşinyanın bu hərəkətləri nəinki üçtərəfli razılaşmanın icra edilməsinə, həm də Rusiyaya qarşıdır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiyanın Birinci Kanalına verdiyi müsahibəsində “Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir” deməsi reallıqdır. Çünki Nikol Paşinyan 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın heç bir maddəsini öz xoşu ilə icra etməyib. Ona görə də biz lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur olduq”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan məsuliyyətli tərəf kimi üçtərəfli razılaşmanın üzərinə düşən bəndləri özü icra etdi:

“İndi bu bəyannamənin 9-cu bəndi, yəni Zəngəzur dəhlizinin açılması məsələsi həll olunmamış qalmaqdadır. Bəyanatda Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürüb. O cümlədən, bəyanatda açıq-aydın şəkildə dəhlizə Rusiya FTX-nın nəzarətdə olması qeyd olunur. Amma Ermənistan isə ümumiyyətlə Rusiyanı proseslərdən kənar saxlamağa çalışır.

Lavrovun dediyi məsələ də məhz buna əsaslanır. Paşinyan da görür ki, Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışdığı üçün Zvartnosda nəzarəti özlərinə qaytardı. Bu boşluqda Ermənistan hava yolu vasitəsilə ABŞ-dan silah sursat, hərbiçilər gətirdi. Paşinyanın bu hərəkətləri nəinki üçtərəfli razılaşmanın icra edilməsinə, həm də Rusiyaya qarşıdır və məqsəd yenidən vəziyyəti gərginləşdirməkdir. Paşinyan elə bilir ki, vəziyyəti gərginləşdirməklə nəyəsə nail ola biləcək. Əksinə Paşinyan Ermənistanı beynəlxalq güclərin toqquşacağı plasdarma çevirir. Bunun da erməniləri yenidən faciə ilə üzləşdirəcəyinə heç bir şübhə saxlamır”.

//Gülnarə Abasova, Editor.az