“Baş nazir Nikol Paşinyanın Ermənistanda dini liderlərə və Apostol Kilsəsinə qarşı hücumları ənənəvi tarixi və mədəni əlaqələri aradan qaldırmaq məqsədi daşıyır”.
Editor.az xəbər verir ki, bunu braziliyalı beynəlxalq əlaqələr üzrə ekspert Konseysao deyib.
“Hökumət siyasi qarşıdurmanı ruhanilərə qarşı səlib yürüşünə çevirməklə, ölkənin kimliyinin əsasını təşkil edən mədəni və mənəvi plüralizmə hücum edir”,- deyə Conceiçao şərh edib.
Ekspert bildirib ki, din xadimlərinin saxlanması hökumətin öz siyasəti ilə “razı olmayanların ağzını kəsməyə” cəhd etdiyini və bu məqsədlə kəşfiyyat xidmətlərindən istifadə etdiyini nümayiş etdirir. O, Qərbin Paşinyan hökumətinin repressiv hərəkətlərinə necə göz yumduğunu vurğulayaraq deyib: “Qərbin Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqda əhəmiyyətli marağı var. Ermənistanda baş verənlər əvvəllər Ukraynada baş verənlərə bənzəyir”.
//Gülnarə Abasova, Editor.az

