“İzvestiya” müxbiri xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın yüzlərlə əleyhdarı İrəvanın mərkəzində polis tərəfindən mühasirəyə alınan Hökumət Evinin qarşısında toplanıb.
Milli.Az bildirir ki, Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika Meydanı ətrafında hüquq-mühafizə orqanlarının əməkdaşları olan təxminən 12 avtobus var. Təhlükəsizlik əməkdaşları meydana çıxan yollardan birini bağlayıblar. Polislər sıraya düzülüb və hadisə yerinə “Qırmızı beretlilər” də gəlir.
Müxbirin verdiyi məlumata görə, İrəvandakı “Arabkir” prefekturasının əməkdaşları işdən çıxarılacağı ilə bağlı təhdidlərə baxmayaraq ümummilli tətilə qatılıblar. Etirazçılar tədricən Respublika Meydanına tərəf irəliləyir.

