Paşinyanın etirafları, reallığı qəbul edən Ermənistan: Qarabağ Azərbaycandır! – ŞƏRH + FOTObackend

Paşinyanın etirafları, reallığı qəbul edən Ermənistan: Qarabağ Azərbaycandır! – ŞƏRH + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və ermənilər, deyəsən, reallığı qəbul etməyə başlayıblar. Onlar bir müddətdən sonra 200 ildir aldadıldıqlarını da etiraf edəcəklər. Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi siyasi qüvvə hakimiyyətə gəldikdən sonra vəziyyət bir müddət əvvəlki kimi davam etdi. Hətta Paşinyan Şuşada halay vurub, rəqs də elədi. O, “Qarabağ Ermənistandır, nöqtə” şüarını da verdi. Ancaq 44 günlük müharibə Ermənistanı, erməniləri və havadarlarını qəflət yuxusundan oyatdı.

Azərbaycan hərbçiləri Ermənistan ordusunu pərən-pərən saldılar. Ölkənin rəsmi dairələri aldıqları zərbədən sonra bir-birlərini ittiham etməyə başladılar. Ölkənin baş naziri ötən üç ilə yaxın müddət ərzində hələ də ordunu formalaşdırmaqda çətinlik çəkir. Rəsmi İrəvan düşdüyü böhranlı vəziyyətdən xilas olmaq məqsədilə Azərbaycanla Ermənistan arasında sərhədyanı bölgədə təxribatlara əl atdı. Ancaq bu fitnə və hiylə də baş tutmadı. Beynəlxalq ictimaiyyət reallığı gördü. Odur ki, Nikol Paşinyan artıq reallığı açıq şəkildə etiraf etməyə məcbur olub. O bunu mayın 22-də keçirdiyi mətbuat konfransında daha açıq-aydın bildirib: “Qarabağ Azərbaycan ərazisidir”. Ancaq bu yerdə yalnız “nöqtə” sözünü demədi.

Azərbaycan bunlara Prezident İlham Əliyevin ardıcıl, dönməz xarici və daxili siyasəti nəticəsində nail olub. Dövlət başçısı Nikol Paşinyana və onun havadarlarına Cənubi Qafqazdakı yeni geosiyasi reallığı qəbul etdirdi.

Yeri gəlmişkən, Paşinyanın çıxışlarında tez-tez fikirlərinin dəyişdiyinin şahidi olmuşuq. Bu onun erməni xislətindən irəli gələn amildir. Bu etnik qrupu tanıyanlar onların verdikləri sözün ağası olmadıqlarını yaxşı bilirlər. Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktının bir sıra müddəalarından sonralar imtina etməyə cəhdlərinin şahidiyik. Qeyd edək ki, Ermənistan hərbçiləri hələ də Azərbaycanın Qarabağ iqtisadi rayonundadırlar, minalanmış ərazilərin xəritəsi hələ də təqdim edilməyib və s.

Cənubi Qafqazdakı vəziyyət Ermənistanın tutduğu mövqe və davranışı səbəbindən daha da ağırlaşa bilər. Belə bir şəraitdən bu ölkənin siyasi hakimiyyəti və müxalifəti çətin xilas olar. Ermənistandakı müxalifət, o cümlədən Xocalı soyqırımını törədənlərə başçılıq etmiş Serj Sarqsyan, Robert Koçaryan və onların dəstəsi revanşist çıxışları ilə Nikol Paşinyana verdiyi sözlərə əməl etməməsi üçün təzyiqlər edirlər. Ancaq indi 1998-ci il deyil…

Azərbaycanın beynəlxalq nüfuzu artıb. Ərazi bütövlüyü, suverenliyi müdafiə olunur və dəstəklənir. Bütün bunlar Prezident İlham Əliyevin ardıcıl, prinsipial, düşünülmüş və məntiqli siyasət yürütdüyünü aydın göstərir. Müharibədən sonrakı dövrdə bəzi xarici KİV nümayəndələri reallıqdan uzaq və əsassız suallar verməklə Azərbaycanın atdığı addımların səhv olduğunu sübut etməyə çalışırdılar. Ancaq zaman İlham Əliyevin atdığı və atacağı addımların vaxt-vədəsini yaxşı bildiyini isbatlayıb.

Ermənistana canıyananlıq edənlər Nikol Paşinyanın demokratik yolla seçildiyini iddia edirlər. Bu həm də onun səs çoxluğu ilə baş nazir olması deməkdir. Yəni Ermənistan vətəndaşları təmsilçiliyi qanunla Paşinyana veriblər. Deməli, xaricdə özünü erməni və Ermənistanın havadarı kimi göstərmək istəyənlərin Nikoldan artıq Nikol olmaq istəməsi yersiz, gülüncdür. Paşinyan Ermənistanın qurtuluşunu, yeganə çıxış yolunu yuxarıda qeyd etdiyimiz və son açıqlamalarında görür. Bu, doğrudan da, daha realist addım sayılır. Ona qarşı çıxanlar və onu bu yoldan döndərmək istəyənlər isə ilk növbədə erməni xalqının düşmənidirlər.

“Report” İnformasiya Agentliyi