“Nikol Paşinyanın Fransa səfərinin əsas məqsədi Ermənistanda Rusiyanın mövqelərinini zəiflətməkdir’’.
Bu sözləri Editor.az –a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Azərbaycanla sərhəddə baş verən proseslər fonunda Rusiya son zamanlar neytral mövqe sərgiləyir:
‘’Rusiya ortada olan xəritələrə əsasən reallıqla barışmalı olub və buna görə də Paşinyanın ümidi yalnız Fransadır. Eyni zamanda, Paşinyan proseslərə Fransanı cəlb etməklə, seçkiqabağı Avropada mövcud olan erməni lobbisinin dəstəyini almaq istəyir’’.
M.Əsədullazadənin sözlərinə görə, Makronun Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə çalışacağına dair fikirləri qeyri-səmimidir:
‘’Fransanın ermənipərəst siyasəti açıq-aydın bəllidir və Minsk qrupu çərçivəsində hər hansısa təklifləri yalnız destruktiv mövqeyə malikdir. Fransa Türkiyə və Azərbaycana qarşı kəskin münasibətini ortaya qoyur və Ermənistan vasitəsilə Cənubi Qafqazda öz dayaqlarını möhkəmlətməyə çalışır. Bu mümkün olmayacaq. Makronun sülhün əldə edilməsi ilə bağlı cəhdlərini mənasızdır. Makron heç bir zaman ədalətli mövqe ortaya qoymayacaq və hər zaman Azərbaycana qarşı destruktiv siyasət həyata keçirəcək’’.
Gülnarə Abasova, Editor.az

