“Paşinyanın istefasını tələb edən etiraz aksiyaların Qarabağla əlaqəsi yoxdur”- Millət vəkili ƏSAS SƏBƏBLƏRİ açıqladıbackend

“Paşinyanın istefasını tələb edən etiraz aksiyaların Qarabağla əlaqəsi yoxdur”- Millət vəkili ƏSAS SƏBƏBLƏRİ açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyaların Qarabağla əlaqəsi yoxdur. Qarabağ problemi artıq tarixdə qalıb və İrəvanda aksiyalar keçirməklə bu məsələni geri qaytarmaq mümkün deyil. Qarabağ məsələsi sadəcə köhnə hakimiyyətdə təmsil olunmuş qüvvələrin Paşinyana qarşı insanları küçələrə çıxartmağa çağırış üçün bir mövzu olduğunu hesab edirəm. Çünki onların Paşinyana qarşı insanları qaldırmaq üçün başqa bir bəhanələri yoxdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda sosial vəziyyət əvvəlki dövrə nisbətən bir qədər yaxşılaşıb:

“Ermənistan əhalisinin çox hissəsi də Nikolu dəstəkləyir və aksiyalara qoşulmur. Rəy sorğularında iştirak edən sadə ermənilər Nikola etimad göstərdiklərini və bu gün onu əvəz edə biləcək ikinci bir adamın olmadığını ifadə edirlər. Nikol Paşinyanın özü də keçirilən etiraz aksiyalara görə hakimiyyətdən istefa verməyəcəyini bəyan edib. Bütün bu məsələlərə diqqət yetirdikdə Ermənistanda keçirilən etiraz aksiyalarının kreslo uğrunda mübarizə olduğunu və nəticəsiz başa çatacağını görmək olar. Paşinyan sülh müqaviləsini imzalayacaq və bu gün Ermənistanda keçirilən etiraz aksiyaları onu fikrindən daşındıra bilməyəcək. Nikol Paşinyan və onu dəstəkləyənlər yaxşı bilirlər ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan Ermənistanın gələcəyi yoxdur”.

//Gülnarə Abasova, Editor.az