Paşinyanın keçmiş müşaviri foto yaydı, ölkə qarışdı – FOTObackend

Paşinyanın keçmiş müşaviri foto yaydı, ölkə qarışdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq müdafiə naziri, Baş nazir Nikol Paşinyanın da keçmiş müşaviri olmuş Arşak Karapetyanın öz sosial şəbəkə hesabında patlaşdığı foto ölkədə birmənalı qarşılanmayıb.

Editor.az globalinfo.az-a istinadla xəbər verir ki, Karapetyan Kazanda keçirilən BRİKS+ sammitinə qatılan Paşinyanın masada qarşısında “Azərbaycan” yazısının olduğu görüntünü paylaşıb.

Sanki “Ermənistan” yerinə qəsdən “Azərbaycan” yazıldığı, Paşinyanın da bunu bilərək o yazının arxasında əyləşdiyi kimi bir təəssürat yaradıb. Onun bu addımı ölkədə birmənalı qarşılanmayıb. Keçmiş müdafiə naziri erməni ictimaiyyəti tərəfindən “saxtakar” adlandırılıb.

Erməni politoloq Styopa Səfəryan Karapetyanın əvvəllər Paşinyana yaxın olduğunu bildirib və paylaşımını saxtakarlıq adlandırıb:

“Bu adam 44 günlük müharibədən əvvəl baş nazirin müşaviri idi. Müharibədən aylar sonra isə Ermənistanın müdafiə naziri oldu. O, 2016-cı il aprel döyüşləri zamanı kəşfiyyat xidmətinin fəaliyyətinə cavabdeh idi. Belə titullara sahib olmuş bir şəxs indi məsuliyyətsiz davranır, saxta məlumat yayır. Bu, qəbuledilməzdir”.