“Paşinyanın nicat yolu Azərbaycan və Türkiyə ilə barışıqdan keçir”-Tofiq Abbasov ŞƏRH EDİRbackend

“Paşinyanın nicat yolu Azərbaycan və Türkiyə ilə barışıqdan keçir”-Tofiq Abbasov ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin Sankt-Peterburq şəhərinə işgüzar səfəri olduqca əhəmiyyətlidir”.

Bu sözləri Editor.az-a Ölkə Başçısı İlham Əliyevin Sankt-Peterburq səfəri ilə bağlı danışarkən politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, MDB platformasında bəzi qüvvələr bu səfərə bədbin yanaşırlar:

“Amma bu platformanın üzərində məsuliyyət var, həmçinin stabil şəkildə dövlət rəhbərləri görüşdükdə onlar arasında vacib məsləhətləşmələr, danışıqların keçdiyini görürük. Görüşlərin rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq, rəhbərlər bir araya gəldikdə müəyyən nəticələr əldə olunur.

Bəzi hallarda müəyyən liderlər danışıqlara hazır olmadıqlarından görüşlərdən yayınırlar. Amma bu cür görüşlərə mütləq gəlir, hətta mövqe bildirməli olurlar. Ermənistanın siyasi rəhbəri də bir neçə aydır ki, Qərbdən dəstək alıb müəyyən sözlər verir. Amma ilin sonunda o yenidən MDB-nin qeyri-rəsmi görüşündə iştirak etdi. Paşinyan sülh prosesindən yayınmağa çalışsa da, bu, alınmadı. Həmçinin Paşinyanın Qərbə verdiyi vədlərin yalan olduğu da ortaya çıxdı. Artıq Paşinyan özü də anlayır ki, onun nicat yolu Azərbaycan və Türkiyə ilə barışıqdan keçir”.

//Səbinə Hüseynli, Editor.az