Paşinyanın növbəti kələyi: “Sorosçular“ seçki siyahısında son sıraya salındı“backend

Paşinyanın növbəti kələyi: “Sorosçular“ seçki siyahısında son sıraya salındı“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Soros fraksiyası” “Vətəndaş Müqaviləsi” Partiyasının seçki siyahısında əvvəlki mövqelərindən geri çəkilib”.

Editor.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan müxalif “Hraparak” qəzeti yazıb.

Nəşr qeyd edir ki, siyahıda Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və qaynı Sos Avetisyan kimi parlaq “Soros” üzvləri yer almayıb. Əvvəllər “Soros fraksiyası”nın lideri Mariya Karapetyanın lider mövqe tutacağı söylənsə də, siyahıda o, 24-cü yerdədir.

“Ola bilsin ki, bu, Paşinyanın növbəti “zirəkliyidir”. Bu komandaya olan ictimai münasibəti nəzərə alaraq, onsuz da çətin vəziyyətdə özünü hücuma məruz qoymamağa qərar verib. Hakimiyyəti bərpa etməyə müvəffəq olduqda, hökümətdə rəhbər vəzifələrə kənarda qalanları təyin edəcək”, – deyə qəzet qeyd edir.

//Yenisabah