Paşinyanın növbəti timsah gözyaşları:”Bununla daxili reaksiyanı test edirlər”-AÇIQLAMAbackend

Paşinyanın növbəti timsah gözyaşları:“Bununla daxili reaksiyanı test edirlər”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar Ermənistan baş naziri Nikol Paşinyanın sülh sazişi üzərinə verdiyi mesajlar yeni bir siyasət oyunudur və vaxt uzatmağa hesablanıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Onun sözlərinə görə, Ermənistan siyasi hakimiyyəti hazır olmadığı halda zaman-zaman sülhə hazırolma yönündə mesajlar verməklə bu istiqamətdə danışıqlardan uzaqlaşmadıqlarının imitasiyasını yaratmağa çalışırlar:

“İrəvan əgər Azərbaycanın təklif etdiyi şərtlərlə sülh sazişini imzalamaq istəsəydi, bu qədər gözləməzdi. Timsah göz yaşlarına inanmamalıyıq. Ermənilər reallıqdan çox uzaqdırlar. “Ermənistan Azərbaycanın suverenliyini tanıyır” fikirləri ilə daxili reaksiyanı test edirlər. Əgər ərazilərimizin bütövlüyü tanınırsa, birbaşa Qarabağın Azərbaycan ərazisi olduğu deyilməlidir. Bu ifadə səsləndirilmədiyi müddətcə sülh sazişinin imzalanması istiqamətində verdikləri mesajlar erməni siyasi hakimiyyətinin hiyləgərliyi kimi dəyərləndirilməlidir “.

Hərbi ekspertin fikrincə, Ermənistan heç bir halda öz iradəsi ilə sülh sazişini imzalamaqda maraqlı olmayacaq:

“Bu istiqamətdə ortaya atılan siyasi iradə də erməni qruplaşmaları tərəfindən sıradan çıxarıla bilər. Onlar oyun üzərindən oyun oynayırlar. Vaxtın uzanması isə Ermənistanın ziyanınadır. Nə qədər geosiyasi, iqtisadi gerilik yaşadıqlarının fərqindədirlər. Ancaq buna baxmayaraq Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirmək istəmirlər. Çünki bu, onların maraqları ilə üst-üstə düşmür. Sülh müqaviləsini imzalamağa hazır olduqlarını deyənə qədər heç bir mesajı ciddi qəbul etməməliyik. Sülh onlar üçün yeganə çıxış yoludur. Əvvəlcə “Qarabağ Azərbaycandır!” deyərək sülhə hazır olduqlarını nümayiş etdirməlidirlər “.

//Safura Bənnayeva, Editor.az