Paşinyanın ölüm fərmanı verildi, onun cangüdənləri… – Erməni ekspertdən SENSASİON AÇIQLAMAbackend

Paşinyanın ölüm fərmanı verildi, onun cangüdənləri… – Erməni ekspertdən SENSASİON AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikolu vuracaqlar. Nikol artıq sahiblərinə tabe olmamağa və onları təpikləməyə başlayıb”.

Editor.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə politoloq Ağasi Yenokyan öz “Facebook” səhifəsində yazıb.

Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sahiblərinə itaətsizlik etdiyinə görə ona etibar olunmur: “Həm də daha ona ehtiyac yoxdur. Nikol kağızı (sülh razılaşması və delimitasiya sənədi nəzərdə tutulur – red.) imzalayandan sonra döyüləcəyini anlayır. Amma Azərbaycanla sərhədlərin delimitasiyası və sülh sazişi sənədini imzalamamaq belə onu xilas etməyəcək. Çünki insanlar anlayır ki, Paşinyanın komandası “kağızı düzəltməyin yolunu” tapacaqlar. Üstəlik, Nikol bir çox sirləri bilir, bəziləri ona aid deyil. O isə qorxaq və gəvəzədir, döyülməsə də, həbs olunsa, heç kimə lazım olmayan bu sirləri şantaj üçün açmağa başlayacaq, ona görə oxumağa qoymayacaqlar. Nikolun vurulma səbəblərindən də biri bu olacaq. Üstəlik, Nikolun sıradan çıxarılması hökuməti dəyişməyin ən sadə yoludur. Nikoldan sonra bütün “arpid avoyanlar” və “hovika qazaryanlar dərhal müxalifət blokuna qoşulacaq. İkincilər Milli Assambleyanın çoxluğuna çevriləcək və blokun lideri lazımsız rəsmiləşdirmələr, yeni seçkilər və mitinqlər olmadan baş nazir olacaq”.

Politoloq bildirib ki, Nikol Paşinyanın cangüdənləri onu ancaq daxili izdihamdan və müxalifətdən qoruya bilir, onlar xarici xüsusi xidmət orqanlarına qarşı acizdir:

“Onun bir çox mühafizəçisi əcnəbilərdir. Soruşacaqsınız ki, belə bir vəziyyətdə Nikolun çıxış yolu nədir? Paşinyan onun ölüm fərmanını verənlərdən qurtulmaq üçün nə edə biləcəyini başa düşməlidir. O, qaçmalıdır. Təcrübəsi də var. Nikol 2008-ci ildən Ermənistandan qaçmağın gizli yollarını bilir, qoy köhnə yollarını bərpa edib qaçsın. Bu halda Ermənistanın milli təhlükəsizliyi üçün ən mühüm təhdid Nikolun özü olacaq. Avropa onu “on ikinci imam” elan edəcək”.

Publika.az