“Paşinyanın qalib gələcəyi ehtimalı çoxdur”-Fərhad Mehdiyevbackend

“Paşinyanın qalib gələcəyi ehtimalı çoxdur”-Fərhad Mehdiyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda seçkilərə sayılı günlər qalır. Bu gün üçün seçkilərdə hansı qüvvənin qalib gələcəyi ilə bağlı birmənalı mülahizə yürütmək çətindir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Politoloq bildirib ki, təbliğat kampaniyası yürüdən müxalif qüvvələr Paşinyan komandasını qələbə qazanacağına inanmır:”Lakin Beynəlxalq Respublikaçılar İnstitununun 4 gün əvvəl açıqladığı sorğu nəticələrinə görə, Paşinyanın dəstəyi artıb və 45% təşkil edir. Digər tərəfdən, Ermənistan cəmiyyətinin 11faizi , əsirlərin qayıtmasını vacib problem hesab edir. Yəni, Ermənistan ictimaiyyəti qətiyyən müharibə tərəfdarı deyil. Bütün bunlar deməyə əsas verir ki, Paşinyan ən çox səs alan namizəd olacaq”.

Gülnarə Abasova, editor.az