Paşinyanın qələbəsi açıq görünürbackend

Paşinyanın qələbəsi açıq görünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amma seçkiyə kimi vəziyyətin dəyişməsi mümkündür
Ermənistanın sabiq prezidenti Robert Koçaryan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini elan edib. O bildirib ki, seçkilərdə partiyalar blokunun başçısı kimi iştirak edəcək. Hələlik bloka hansı partiyaların daxil olacağı barədə məlumat verilməyib. Erməni KİV-ləri həmin partiyalardan birinin “Daşnaksütyun” ola biləcəyini iddia edirlər. Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan da seçkilərdə iştirak edəcəyini açıqlayıb.
Minasyan bu məqsədlə artıq “Mənim Ermənistanım” adlı partiyasını qeydiyyatdan keçirib. Eks prezident Serj Sarkisyan parlament seçkilərinə qatılmayacağını bildirsə də, tərəfdarlarını Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyanı dəstəkləməyə çağırıb. “Vətənin Xilası Naminə” Hərəkatının rəhbəri Vazgen Manukyan isə qəti şəkildə seçkilərə qatılmayacağını vurğulayıb. Manukyan seçkiyə qoşulmaq niyyətində olanları sərt dillə tənqid edib, hətta hədələyib.
Seçki öncəsi Ermənistan müxalifətindəki parçalanmanı “Şərq”ə dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Ermənistanda keçiriləcək seçkidə Paşinyanın açıq üstünlüyə sahib olacağı heç kimdə şübhə doğurmur. Analitik bildirib ki, siyasi cəhətdən ölü fiqurların və onların adamlarının iştirak etdiyi seçkinin nəticəsi indidən məlumdur:
“Rusiyanın gizli planı olmasa, seçkinin Paşinyanın qələbəsi ilə bitəcəyi bəllidir. Amma seçkiyə kimi vəziyyətin dəyişməsi mümkündür. Paşinyanın hakimiyyətdə qalması regiondakı prosesləri maraqlı məcraya yönəldəcək. Paşinyanı hakimiyyətə gətirən qüvvələr hələ öz istəklərinə tam nail olmayıblar. Onların əsas məqsədi rus qoşunlarının Ermənistan ərazisindən çıxarılması idi. Rusiya bu oyunun fərqindədir. Moskva hazırda Paşinyanı dəstəkləyirmiş kimi görünsə də, baş naziri öz adamı ilə dəyişmək üçün oyun qurmaqdan geri durmayacaq”.
Siyasi şərhçinin qənaətincə, Rusiya Paşinyanın yerinə elə adam gətirmək istəyir ki, nə köhnə klanlara bağlı olsun, nə də Qərbpərəst mövqe sərgiləsin:
“Kreml özünə tabe olan, Qarabağda onun göstərişlərini yerinə yetirən birinə ehtiyac duyur. Çox güman ki, belə bir namizəd Ermənistandan yox, Rusiyadan çıxacaq. Kreml Rusiyada yaşayan imkanlı ermənilərdən birini ölkənin başına gətirməyə çalışır. Məhz iş adamı sayəsində Ermənistanın əhalisinə sosial vədlər, investisiya sözü verilə bilər, xalqın dəstəyini təmin etmiş olarlar. Ən azından Paşinyanın partiyasının səs faizini xeyli azalda bilərlər. Hər halda bizə sərf edən Ermənistanın başına qisasçı qüvvələrin gəlməməsidir”.
Loading...