Paşinyanın qərarına Kremldən ilk reaksiyabackend

Paşinyanın qərarına Kremldən ilk reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Moldova prezidenti Maya Sandunun Rusiyanı Moldova vətəndaşlarının maraqlarına hörmətsizlik etməkdə ittiham etməsinə reaksiya verən Peskov Moldovada noyabrın 5-də yerli seçkilərin keçirildiyinə diqqət çəkib: “Sandu bu seçkilərin nəticələrini nəzərə almır. Bu seçkilərdə onun partiyası qələbə qazana bilmədi. Moldovada ölkəmizlə əməkdaşlığın inkişafına dəstək verən çoxlu sayda insan var. Biz bunu bilirik və nəticələri də bilirik. Seçkilər bunu çox əyani şəkildə sübut etdi”.

Həmçinin Peskov Nikol Paşinyanın qərarına da fikir bildirib. Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək KTMT sammitində iştirak etməmək qərarını dəyərləndirən Peskov bunun təəssüf doğurduğunu bildirib: “Hər bir hökumətin və ya dövlət başçısının cədvəlində planlar və şərtlər ola bilər. Bu halda biz ancaq kədərlənə bilərik. Çünki bu cür görüşlər gündəmdəki məsələləri müzakirə etmək baxımından yaxşı şansdır”.

Qeyd edək ki, Paşinyan bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT sammitində iştirak edə bilməyəcəyini açıqlayıb.

//Səbinə Hüseynli, Editor.az