Paşinyanın Rusiya səfəri: “Onun hakimiyyətdə qalmaq niyyəti kifayət qədər güclüdür”backend

Paşinyanın Rusiya səfəri: “Onun hakimiyyətdə qalmaq niyyəti kifayət qədər güclüdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan Qərblə yaxınlıq etmək istəsə də yaxşı başa düşür ki,  Rusiyanın Ermənistana təsir vasitələri kifayət qədər güclüdür. Bir tərəfdən orada müxalifət siyasi qüvvələri, revanşistlər, digər tərəfdən indi Qarabağda məskunlaşan separatçı rejimin rəhbərləri Rusiyanın əlaltılarıdır”.

Bu fikirləri Editor.az-a politoloq Fikrət Sadıxov Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük işgüzar səfəri fonunda Rusiya-Ermənistan münasibətlərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Paşinyan yaxşı dərk edir ki, Rusiyanın iqtisadiyyatı ilə də Ermənistan çox sıx bağlıdır:

” Həm dəmir yol, həm nəqliyyat, həm də enerji və bir çox sahələrdə Rusiyadan aslıdır. Bu isə o deməkdir ki, onun hakimiyyətdə qalmaq niyyəti kifayət qədər güclüdür. Belə ki, Rusiyanın onu asanlıqla devirməyə kifayət qədər imkanları genişdir. Təbii ki, bu amillərlə hesablaşmaya bilməz. Hesab edirəm ki, həmin amillər Ermənistanın Rusiya ilə asanlıqla ayrılmaq imkanlarını məhdudlaşdırır”.

//Gülnarə Abasova, Editor.az