Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında azərbaycanlı ekoloqların Xankəndinə gedən yolda yolu bağlamasına toxunub.
Baş nazir bildirib ki, Moskva üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri, sülhməramlılar isə öz funksiyalarını yerinə yetirmir. Əlavə edib ki, Qarabağdakı hadisələrə beynəlxalq diqqətin cəlb edilməsi istiqamətində fəal işləmək lazımdır ki, regiona BMT və ATƏT-in faktaraşdırıcı missiyası göndərmək mümkün olsun.
Onu da bildirib ki, İrəvan sülh müqaviləsi ilə bağlı təkliflərini Bakıya təqdim edib və bu təklifləri nəzərə alaraq müvafiq sənədləri imzalamağa hazırdır.
milli.az

