“Paşinyanın Soçi görüşündən sonra bayraqlar yığışdırıldı, ona dəqiq göstəriş verilib” – Akopyanbackend

“Paşinyanın Soçi görüşündən sonra bayraqlar yığışdırıldı, ona dəqiq göstəriş verilib” – Akopyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyanın Soçi görüşündən sonra bayraqlar götürülüb, ona dəqiq göstəriş verilib”.

bunu  “Arsax Ədliyyə fraksiyasının deputatı” Metakse Akopyan müsahibəsində deyib. O, Qarabağda “artsax” bayraqlarının  mövqelərindən endirildiyini bildirib.

“Bu bayraqların yerinə heç nə qoymağa ehtiyac yoxdur, mən bunu hüquq-mühafizə orqanlarının rəhbərləri ilə aydınlaşdırdım, dedilər ki, Arsax bayrağının yerinə başqa heç nə olmayacaq. Bir müddətdir ki, bayrağın Arsaxın prezident sarayından götürülməsi ilə bağlı şayiələr gəzirdi, lakin bu belə deyil. Ümumiyyətlə, Artsax bayrağı 90-cı illərdən bəri heç bir mövqedə olmayıb, bu isə o deməkdir ki, mövqelərin dəqiq yerini göstərməyə ehtiyac yoxdur. Amma 44 günlük müharibədən sonra, təbii ki, hardasa ehtiyac var idi ki, mövqelərimizi aydın şəkildə ayıra bilək”.

Separatçı tör-töküntüsü qondarma əski parçasının yığışdırılmasına don geyindirməyə çalışıb. Rüsvayçılıqlarını büruzə verməmək üçün Azərbaycanın şərəflə, fəxrlə qaldırdığı, asdığı bayraqları “manyaklıq” adlandırıb.

“Növbəti addım çoxlu bayraqlar qaldıracaq düşmənlə bir növ rəqabət kimi görünürdü. Amma bir anlığa baxsaq, ümumiyyətlə, hər yerdə bayraq asmaq müsəlman manyaklığıdır, müəyyən bir Azərbaycan və türk manyaklığı var – bu parçanı hər yerdən asmaq. Düşmən də bizə psixoloji təzyiq göstərmək üçün bu addımı atıb, bayrağını hər yerdən asıb”.

Nəhayət Akopyan “bayraqların” yığışdırılmasının əsas səbəbinin Azərbaycanın tələbi ilə olduğunu deməli olub.

“Ancaq anlayırıq ki, bayraqların götürülməsi əsgərlərimizin təhlükəsizliyi üçün edilməyib, onlar Nikol Paşinyanın Soçi görüşündən sonra götürülüb. Bayraqların götürülməsi ilə bağlı ona dəqiq göstəriş verilib. Məqsəd və səbəb də onun yığışdılması idi”, – deyə Akopyan təəssüflənib.

KONKRET.az