Paşinyanın şok Qarabağ planı: “Bu ssenari üzrə hərəkət edir”backend

Paşinyanın şok Qarabağ planı: “Bu ssenari üzrə hərəkət edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizinin açılması üçün cəhdlər edilir”.

Editor.az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni politoloq Anna Karapetyan deyib.

“Bu dəhlizin açılması Azərbaycanın əsas hədəflərindən biridir. Bu baxımdan qarşıya qoyulan məqsədlərə çatmaq üçün cəhdlər edilir”, – ekspert bildirib.

Qarabağa gəldikdə, Karapetyan iddia edir ki, Ermənistan hökuməti ardıcıl olaraq bu məsələdən imtina siyasəti yürüdür:

“Əvvəllər “Qarabağın statusu ilə bağlı plankanı aşağı salmaq” məsələsi var idisə, son mətbuat konfransında Nikol Paşinyan bəyan etdi ki, dünyada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur və olmayıb. O, artıq açıq şəkildə deyir ki, buna qarşı çıxmaq mənasızdır və Qarabağ məsələsinə yalnız Qarabağ ermənilərinin humanitar problemlərinin həlli kontekstində yanaşma həyata keçirilir. Yəni Qarabağa “müstəqil subyekt” kimi baxılmır, “öz müqəddəratını təyinetmə” zərurəti qaldırılmır, Qarabağın Azərbaycanın tərkibində gələcəyi ola bilməyəcəyini dünyaya göstərməyə cəhd edilmir.

Əsas vurğu orada yaşayan insanların hüquqları ilə bağlıdır, ən yüksək platformalarda da yalnız insanların hüquqlarından danışırlar. Başqa sözlə, ardıcıl olaraq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ssenarisi üzrə hərəkət edirlər”.

Politoloq vurğulayıb ki, Ermənistan hökuməti “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi” məsələsindən də imtina etməyə başlayıb: “Bəyanatlar var ki, onların hüquqlarını qoruya bilmirlər, qoy Qarabağ erməniləri Azərbaycanla razılığa gəlsinlər”.

Bu baxımdan, Anna Karapetyan Paşinyanın mətbuat konfransı zamanı açıqlamasını təsadüfi hesab etmir: “10 noyabr bəyanatının müvafiq müddəasında da bununla bağlı Ermənistanın üzərinə heç bir öhdəlik qoyulmayıb”.

Rusiya-Ermənistan münasibətlərinə gəlincə, politoloqun sözlərinə görə, Paşinyan ardıcıl olaraq Ermənistanı Qərbə yaxınlaşdırmağa çalışır.

Karapetyan Rusiya sülhməramlılarının Qarabağdakı missiyasından narazılığına da toxunub:

“Ermənistan hakimiyyəti ardıcıl olaraq həmin missiyaya hücum edir. Beləliklə, hakimiyyətin Qərbi regiona gətirmək və ardıcıl olaraq Rusiyaya zərbə endirmək, geosiyasi oyunu daha da dərinləşmək siyasəti Ermənistan üçün yeni və ən böyük çağırışlardır”.