Paşinyanın “sol əli” KTMT-ni qeyri ciddi təşkilat adlandırdıbackend

Paşinyanın “sol əli” KTMT-ni qeyri ciddi təşkilat adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KTMT-nin Cənubi Qafqazda davranışını qeyri-ciddidir.

Editor.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın ən yaxın silahdaşlarından biri, Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan televiziyası ilə çıxış edərək bildirib.

Onun sözlərinə görə, Ermənistanın KTMT-yə üzvlüklə bağlı problemləri var. Eyni zamanda Ermənistanın KTMT-də iştirakı onun Qərb dövlətləri ilə hərbi təmaslarına mane olmur və respublika mütləq Qərblə hərbi-siyasi əlaqələri inkişaf etdirməyə davam edəcək.

Təhlükəsizlik Şurasının katibi daha sonra bildirib ki, son üç ildə İrəvan KTMT ilə səmərəli əməkdaşlığın bir nümunəsini belə görməyib. Onun sözlərinə görə, KTMT-nin Azərbaycanla hərbi qarşıdurmada onların tərəfini tutmaması İrəvana bu təşkilatı qeyri-ciddi struktur kimi nəzərdən keçirməyə imkan verir.

  //Samir Qurbanov,Editor.az