Paşinyanın son çırpınışları:” Ermənistan iqtisadi əlaqələri gücləndirməlidir, əks təqdirdə…”-AÇIQLAMAbackend

Paşinyanın son çırpınışları:” Ermənistan iqtisadi əlaqələri gücləndirməlidir, əks təqdirdə…”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq forumunda respublika hökuməti tərəfindən hazırlanmış “Sülh qovşağı” layihəsinin təfərrüatlarını təqdim edib.

O qeyd edib ki, burada əsas məqsəd Ermənistan, Türkiyə, Azərbaycan, İran və Gürcüstanda kommunikasiyaların inkişafıdır:

“Ermənistanın cənubundan və şimalından keçən yollar 30 ildir regional mənada işləmir. Şərqlə Qərbi birləşdirən çoxsaylı yollar da işləmir və onlardan istifadə Xəzər dənizini Aralıq dənizi ilə, Fars körfəzini Qara dənizlə birləşdirmək üçün effektiv vasitəyə çevriləcək”.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bu layihənin Ermənistandan asılı olmadığını bildirdi:

“Həmin layihədə bütün regional ölkələrin iştirakı vacibdir. Açar ölkələr isə Azərbaycan və Türkiyədir. Rəsmi İrəvanın region ölkələri ilə belə bir layihəni həyata keçirmək istəyi varsa, ilk növbədə Azərbaycanla sülh müqaviləsi bağlamalı, bütün kommunikasiyalar açılmalıdır. Bundan sonra Türkiyə və Azərbaycanla bu layihəni həyata keçirə bilər. Həmin proses isə Ermənistana iqtisadi və siyasi dalandan çıxmaq fürsəti yaradır”.

Natiq Cəfərlinin fikrincə, prosesdə əsas amil sülh müqaviləsinin bağlanmasıdır: “Ermənistan və Azərbaycan arasında kommunikasiyalar, Türkiyə ilə sərhədlər açılacağı təqdirdə rəsmi İrəvanın regional, logistik layihələrdə iştirak etmək fürsəti yaranacaq”.

İqtisadçı ekspert Əkrəm Həsənov isə məsələyə belə münasibət bildirib:

“Geosiyasət coğrafiyaya və iqtisadiyyata bağlı siyasətdir. Coğrafi cəhətdən də Türkiyə, İran, Ermənistan, Gürcüstan bir-birinə bağlıdır. Dövlətlər arasında müəyyən qarşıdurmaların olması normaldır. Lakin iqtisadi cəhətdən əlaqələrin yaradılması bütün tərəflər üçün əhəmiyyətlidir. Buna görə də hansı dövlətin təklif irəli sürməsindən asılı olmayaraq atılan addımları müsbət dəyərləndirirəm. Ermənistanın həmin addımı onu göstərir ki, rəsmi İrəvan blokadadan çıxmaq istəyir, sülhün əldə olunmasında maraqlıdır. Azərbaycanın uzun müddətdir ki, Zəngəzur dəhlizinin açılmasını təklif edir. Bu gün həmin dəhlizin açılmasında ən çox Ermənistan maraqlı olmalıdır. Çünki onun başqa yolu yoxdur. Digər tərəfdən müxtəlif iqtisadi layihələrə qoşulub, qonşularla dostluq etməlidir”.

//Safura Bənnayeva, Editor.az