“Paşinyanın Şuşa ilə bağlı etirafı təsadüfi deyil”– Deputatdan açıqlamabackend

“Paşinyanın Şuşa ilə bağlı etirafı təsadüfi deyil”– Deputatdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şuşa şəhərinin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad adlandırırdılar. Bu dilbər guşə əsrlər öncədə bizə məxsus olub. Bütün tarixi faktlar və əsaslar buna sübutdur’’.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov Paşinyanın Ermənistan parlamentində Şuşa ilə bağlı son çıxışını şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan daim bu mənfur siyasəti yürüdərək öz planlarını həyata keçirməyə çalışıb: “Lakin ermənilər tərəfindən bu istiqamətdəki bütün cəhdlər nəticəsiz qalıb. Çünki tarix hər şeyin sübutudur. Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların bu bölgəyə daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri ilə müşahidə olunub. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma «Böyük Ermənistan» əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərin müvəqqəti işğal etdikləri Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq, Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Bu yazılanlar hər yerdə öz doğru əksini tapmaqdadır’’.

Millət vəkili qeyd edib ki, Paşinyanın çıxışında Şuşa ilə bağlı etirafı təsadüfi deyil: “Çünki o, özü də həqiqətləri bilir ki, bu torpaqlarda Azərbaycanlıların yaşamasının tarixi çox əvvəllərə siraət edir. Onun bunu qəbul etməkdən başqa çıxış yolu olmadığından artıq həqiqətləri öz dilindən eşidirik. Ermənistan heç zaman istəklərinə nail olmayıb, olmayacaq da’’.

Gülnarə Abasova, Editor.az