Paşinyanın Tunis görüşü nədən xəbər verir?-ŞƏRHbackend

Paşinyanın Tunis görüşü nədən xəbər verir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın xarici siyasət kursu “sürüşkən manevrlər” və davamlı şikayətlər üzərində qurulub. Rəsmi İrəvan xarici ölkə təmsilçilərinə şikayət etməklə, Azərbaycan əleyhinə beynəlxalq kampaniya aparır. Əsas məqsəd Azərbaycanla sülh sazişinin imzalanmasından yayınmaq və bunun günahını rəsmi Bakının üzərinə atmaqdır. Ermənistanda ümid edirlər ki, əgər, şikayətlərin sayını artırsalar, bütün dünyanı Azərbaycanın əleyhinə yönəldə bilərlər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.


Onun sözlərinə görə dünyada ermənipərəst dövlətlər mövcuddur və həmin ölkələr Ermənistanı dəstəkləməyə çalışırlar: “ Ancaq bu dəstək daha çox həmin ermənipərəst dövlətlərin özəl maraqlarından qaynaqlanır. Yəni, həmişə olduğu kimi, yenə də Ermənistandan “geopolitik alət” kimi istifadə olunur. Və özəl maraqlar təmin ediləcəyi təqdirdə, Ermənistana yönəlik dəstək də formal xarakter daşıyacaq.
Əslində, artıq indidən Ermənistanın şikayət siyasəti iflasa uğramış vəziyyətdədir. Ermənistan baş naziri Nikol Paşinyanın Tunisdə keçirtdiyi görüşlərdə Azərbaycana yönəlik şikayətlərin soyuq qarşılanması barədə məlumatlar mövcuddur. Hətta bəzi ölkələr Fransa və Ermənistanın ortaq hazırladığı Azərbaycan əleyhinə bəyanatı imzalamaqdan imtina ediblər”.

Politoloqun fikrincə, müasir dövrdə ermənilərin köhnəlmiş metodları artıq əvvəlki kimi effektiv deyil: “Dünya ölkələrinə, xüsusilə də, Avropa Birliyinə enerji resursları lazımdır. Avropa Birliyi üçün Azərbaycan təbii qazı məntiqsiz və əsassız “erməni xəyalları”ndan daha vacibdir. Ona görə də, Ermənistanın belə “sürüşkən manevrlər” və davamlı şikayətlərə indeksləşmiş xarici siyasət kursu ilə nəyəsə, nail ola biləcəyi qətiyyən inandırıcı görünmür. Bəzi məlumatlara görə, ABŞ və Avropa Birliyinə ən qısa müddətdə Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması olduqca vacibdir. Bu sazişin sayəsində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılması prosesinin yekunlaşdırması hədəflənib. Rəsmi İrəvan isə Rusiya, Fransa, ABŞ və Avropa Birliyi arasında müxtəlif müəmmalı oyunlar oynayır. Ancaq rəsmi İrəvan hansı oyunları oynasa da ABŞ və Avropa Birliyi sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasına daha çox üstünlük verir. Və bu istiqamətdə Ermənistana müəyyən təzyiqlərin göstərildiyi barədə də məlumatlar mövcuddur”.

//Safura Bənnayeva, Editor.az