Paşinyanın yalan və qorxu dolu həyəcanının ƏSAS SƏBƏBLƏRİ NƏLƏRDİR?backend

Paşinyanın yalan və qorxu dolu həyəcanının ƏSAS SƏBƏBLƏRİ NƏLƏRDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Baş Naziri Nikol Paşinyanın dünən onlayn mətbuat konfransında  söylədiyi cəfəng fikirlərə Azərbaycan XİN tutarlı, sərt və arqumentli cavab verdi. Paşinyanın yalanlarının və ya qorxu dolu həyəcanının  bəzi səbəbləri var. Birinci səbəb odur ki, Ermənistan üçün dairə artıq daralır, sülh müqaviləsini imzalamaq üçün təzyiqlər artır. Bu səbəbdən erməni ictimai rəyini yeni müharibə təhlükəsi ilə qorxudaraq təslimçi sülhə imza atmağın yollarını axtarır, nəbz yoxlayır. İkincisi, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın  tələblərinə əməl etmir. Qarabağda tör-töküntüləri hələ də qalan qanunsuz silahlı birləşmələri razılaşmanın müddəalarına uyğun olaraq oradan çıxartmır və bu, Azərbaycan Ordusuna istənilən vaxt qanunsuz birləşmələrə qarşı antiterror əməliyyatı keçirməyə hüquqi əsaslar yaradır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloqun sözlərinə görə, Zəngəzur koridorunun açılmasına da erməni tərəfi müqavimət göstərir: “Amma erməni tərəfi anlamalıdır ki, koridor açılmadan heç bir müqavilədən söhbət gedə bilməz. Deməli sülh yoxdursa, Ermənistan da dalandır və sülhə imza atmadıqca bu dalandan çıxa bilməyəcək. Odur ki, Paşinyanın dünən onlayn müsahibədə səsləndirdiyi fikirlər bir qorxunun və bu qorxunun yaratdığı həyəcanın təzahürləridir”.

Müsahibimiz sonda qeyd edib ki, Ermənistanın çox yaxın zamanda Azərbaycanın tələblərini özündə ehtiva edən sülh müqaviləsini imzalamaqdan başqa çarəsi yoxdur.

//Gülnarə Abasova, Editor.az