Paşinyanın yeni planı var?- “Bu fikirlər Ermənistan ictimaiyyəti daxilində müəyyən manipulyasiyalara səbəb olmaq üçün söylənə bilər”backend

Paşinyanın yeni planı var?- “Bu fikirlər erməni ictimaiyyətində müəyyən manipulyasiyalara səbəb olmaq üçün söylənə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyanın yeni planı var: müharibə olacaq və Ermənistan faciəvi itkilər verəcək”. Bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib. O, baş nazirin yeni müharibəni başlatmaqda 3 hədəfinin olduğunu iddia edib:

“Hədəf ərazi Sünikdir (Zəngəzur – red.). Dəhlizin açılması planlaşdırılır. Digər məqsəd isə Rusiya və İranın regionda mövqeyini zəiflətməkdir.

Müharibə olacaq, sonra Paşinyan son anda Ermənistanı xilas edirmiş kimi gizlicə daha bir kapitulyasiya imzalayacaq və yeni itkilər verəcəyik”.

Politoloq Samir Hümbətov Editor.az-a açıqlamasında bildirib ki, bu fikirlər Ermənistan ictimaiyyəti daxilində müəyyən manipulyasiyalara səbəb olmaq üçün söylənə bilər:

“Ancaq məsələ burasındadır ki, Ermənistan ictimaiyyətində də son proseslərlə bağlı yekdil bir rəy yoxdur. Azərbaycanın əsas hədəf istiqamətlərindən biri Naxçıvanla qərb rayonlarını birləşdirəcək kommunikasiya xəttinin, Zəngəzur dəhlizinin açılmasıdır. Bu, 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyannamədə də özünü göstərir. Məsələnin önəmli tərəfi ondan ibarətdir ki, Ermənistan tərəfi açıq şəkildə bu sənədi sabotaj etməyə və müqavilənin qüvvədən düşdüyünü bildirməyə çalışır. Hər bir dövlətin haqqıdır ki, öz ərazisini birləşdirəcək kommunikasiya xətlərinin açılmasını həyata keçirtsin. Azərbaycanın tarixi əraziləri olan Zəngəzur ərazisindən, Naxçıvan, Azərbaycanın Qərb rayonlarını birləşdirən dəhlizin açılması labüddür. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə dediyi kimi, biz ora hərbi yox, mülki maşınlarla gəlmək istəyirik. Əgər hər hansı bir təxribat baş verəcəksə, bunun həmişəki kimi məsuliyyətini Ermənistan daşıyacaq. Son vaxtlar da şərti dövlət sərhədində baş verənlər bunun əyani sübutu ola bilər”.

//Gülnarə Abasova, Editor.az