Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün yeni taktika seçib.
Milli.Az bildirir ki, “Hraparak” qəzeti yazır ki, “Mənim Addımım” fraksiyasının iclası çağırılıb. “Fraksiya rəhbəri deputatlara Nikol Paşinyanın əmrini çatdırıb ki, hamı bir nəfər kimi gizləndikləri yerdən çıxmalı və insanlarla ünsiyyət qurmalı, qarşıdakı işlər barədə danışmalı, hakimiyyətin müharibədə günahkar olmadığını izah etməli. Əksinə, başa salınmalıdır ki, imzalanmış saziş sayəsində yüzlərlə insanın həyatı xilas edildi.
İclasda deyildi ki, millət vəkilləri bölgələrində, seçki dasirələrində ölənlərin, itkin düşən və ya yaralanan əsgərlərin ailələrini ziyarət etməli və onlara yaxın olduqlarını göstərməlidirlər, çünki təcridetmə yaxşı bir şeyə gətirib çıxarmayacaq”, – qəzet qeyd edir.

