Qarabağdakı keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının sədr”i Samvel Babayan Ermənistandadır.
Globalinfo.az xəbər verir ki, bu barədə özü danışıb.
Erməni KİV-ləri onunla əlaqə saxlayaraq Qarabağdakı son vəziyyətlə maraqlanmağa çalışıblar. Babayan isə cavabında İrəvanda olduğunu və daha sonra müsahibə verəcəyini bildirib.
Qeyd edək ki, Samvel Babayan Araik Arutyunyandan sonra keçmiş qondarma rejimin “lideri” vəzifəsinə əsas namizədlərdən idi. Lakin onun namizədliyi müxtəlif əsaslarla rədd edildi, özü isə təzyiqlərə məruz qaldı. Maraqlıdır ki, Ermənistanda keçirilən aksiyalar çərçivəsində müxalifət liderləri Nikol Paşinyanın hakimiyyətdən salınacağı təqdirdə baş nazir postuna namizədlərinin olduğunu açıqlayıblar. Açıqlamadan bir neçə saat keçdikdən sonra ermənilər üçün ciddi siyasi fiqur sayılan Babayanın İrəvanda olmasına dair açıqlaması müzakirələrə səbəb olub.


