Pasportu olmayanlar Ukraynadan Azərbaycana necə gələ bilər?backend

Pasportu olmayanlar Ukraynadan Azərbaycana necə gələ bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pasportları olmayanların, sənədləri qaydasında olmayanların Vətənə qayıdışı üçün qayıdış şəhadətnaməsinin verilməsi məsələsi qaldırılıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

L. Abdullayeva bildirib ki, bu, müəyyən qədər vaxt tələb edir. O qeyd edib ki, Azərbaycan səfirliyi orada fəaliyyət göstərir və oradakı vətəndaşlarımızı müvafiq sənədlərlə təmin edir.

“Vətənə qayıdış şəhadətnəmələrinin tərtib edilməsinə vaxt lazımdır”, – deyə o əlavə edib.