Pasportunu unutduğuna görə İsveçin xarici işlər nazirini Ukraynaya buraxmadılarbackend

Pasportunu unutduğuna görə İsveçin xarici işlər nazirini Ukraynaya buraxmadılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin xarici işlər naziri Tobias Billström pasportunu unutduğuna görə, Ukraynayada keçirilən Aİ Xarici Əlaqələr Şurasının Kiyevdə keçirilən iclasında iştirak edə bilməyib.

Editor.az bildirir ki, bu barədə oktyabrın 3-də “Die Presse” diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Polşa-Ukrayna sərhədindəki sərhədçilər Billströmü ölkəyə buraxmayıblar.

Buna görə də nazir Kiyevə səkkiz saatlıq qatar səfərindən imtina etməli olub. Nəşr qeyd edir ki, görüşə daha bir neçə ölkənin nümayəndələri qatıla bilməyib. Beləliklə, Macarıstanın xarici işlər naziri Peter Sijarto əvvəlcə iştirakdan imtina edib. Koronavirus infeksiyası səbəbindən Latviyanın xarici işlər naziri Krisjanis Karins və Polşanın xarici işlər naziri Zbiqnev Rau da kiyevə gəlməyiblər.

//Samir Qurbanov, Editor.az