“Patı” istifadəçisi olan qadın və körpəsi… Bu dəhşətdir – Kəmalə Ağazadə çağırış etdibackend

“Patı” istifadəçisi olan qadın və körpəsi…” –Kəmalə Ağazadə çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Narkomaniyaya qarşı maarifləndirmə işləri ölkəmizdə ciddi şəkildə aparılır. Lakin bu gün bizim əlimizdə “silahımız” sosial şəbəkələr vasitəsilə qorxulu nağılları cəmiyyətə təqdim etməkdir. Qorxulu nağıllar isə bu gün sosial şəbəkə hesablarımızda “patı” istifadəçilərinin düşdüyü ağır vəziyyətlə bağlı paylaşdığımız real videolardır, faktlardır”.

Bu sözləri Editor.az-a açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O, bildirib ki, dövlət qurumları tərəfindən narkomaniyaya qarşı mübarizə istiqamətində çox güclü tədbirlər görülür. Narkotik istifadəçiləri ilə bağlı paylaşdığımız videolara DİN tərəfindən dərhal reaksiya verilir:

” Bu gün səhər saatlarında sosial şəbəkədə “patı” istifadəçisi bir qadının körpəsi ilə videosunu paylaşdım. Məsələ ilə bağlı araşdırılma başladıldı. Hələ bir il bundan öncə də metamfetamin istifadəçisi olan bir qadın birliyimizə uşağı ilə gətirildi. Qadın gecə saatlarında körpəsini qoyub qaçdı. Bu dəhşətdir. Bu uşaqların sayı çoxalır. Belə halların qarşısını almaq üçün çox güclü maarifləndirmə işləri aparılmalı, ictimai qınaq formalaşdırılmalıdır”.

Kəmalə Ağazadə bildirib ki, narkomaniyaya qarşı mübarizə ilə yalnız DİN məşğul olmalı deyil:

” Bu işdə hərkəs birlik olmalıdır. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi və bir sıra aiddiyyatı qurumlar narkomaniyaya qarşı mübarizədə sistemli şəkildə fəaliyyət göstərməlidir. Bu gün ölkəmizdə narkomaniyanın yaşı o qədər gəncləşib ki, uşaq narkologiya şöbəsi yaradılmalıdır. Narkotik istifadəçilərinin dərman terapiyasından sonra psixatrik reabilitasiyası ilə məşğul olan qurumların sayı müəyyənləşməlidir. Ölkədə artıq illərdir ki, narkomaniyaya qarşı mübarizə üzrə kommisiya koordinasiyası var. Aparılan araşdırılmalardan da biz görürük ki, narkotik istifadəçiləri həm də narkotik satanlardır. Bu sayları azaltmaq üçün yeganə çıxış yolu odur ki, dövlət qurumları tərəfindən bu işlə bağlı çox ciddi sistemli şəkildə əlaqələndirici işlər görülsün”.

//Gülnarə Abasova, Editor.az