Patriarx Kirill: Qərbin Rusiyanı məhv etmək istəyi dünyanın sonu demək olacaqbackend

Patriarx Kirill: Qərbin Rusiyanı məhv etmək istəyi dünyanın sonu demək olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanı məhv etmək istəyi dünyanın sonu demək olacaq.

Editor.az bildirir ki, bu sözləri Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill deyib. Xütbəsində o, Rusiyanı, onun hakimiyyətini, prezidenti və ordunu “Rəbbin tərk etməyəcəyinə” inandığını bildirib.

Patriarxın sözlərinə görə, bu gün dünya, Rusiya “və bütün bəşəriyyət” üçün çox böyük təhlükələr var: “Çünki bəzi çılğın adamlar belə fikirləşirdilər ki, güclü silahlara malik olan, nəsildən-nəslə həmişə qalib gəlməyə həvəsli olan, heç vaxt düşmənə təslim olmayan, həmişə qalib gələn çox güclü insanların yaşadığı Rusiyanın böyük dövləti ya məğlub, ya da indi dedikləri kimi, yenidən formatlaşdırıla bilərlər.

Yəni onlara dəyər adlandırmaq belə mümkün olmayan bəzi dəyərləri sırıya bilərlər ki, onlar hamı kimi olsunlar və dünyanın çox hissəsini idarə edən sahiblərinə itaət etsinlər” – Kirill deyib.

//Samir Qurbanov, Editor.az