Patrik Viera azərkeşi təpiklədibackend

Patrik Viera azərkeşi təpiklədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında “Kristal Palas” səfərdə “Everton” üzərində 0:2 hesablı üstünlüyü olsa da sonda oyundan 3:2 məğlub ayrılıb.

Editor.az “sporx” a istinadən xəbər verir ki, bu qələbə ilə “Everton” İngiltərə Premyer Liqasında qalmağı bacardı. Oyundan sonra “Everton” azərkeşləri qələbəni qeyd etmək üçün meydana axışdı. “Everton” azərkeşlərindən biri “Kristal Palas”ın baş məşqçisi Patrik Vieranı məsxərəyə qoymağa başlayıb və azərkeşin hərəkətindən qəzəblənən Viera ona təpik zərbələri endirib. Ətrafdakı müdaxiləsi nəticəsində insident böyümədən tərəfləri ayırmaq mümkün olub.

//Nəzərbəy, Editor.az