“Patriot” raketləri Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək?-AÇIQLAMAbackend

“Patriot” raketləri Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynaya ABŞ istehsalı olan “Patriot” raketlərinin verilməsi uzun zamandır ki, müzakirə olunurdu. Ukrayna prezidenti Volodimir Zelenski və Co Baydenlə görüşündə də bu məsələ əsas müzakirə obyektinə çevrilib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirilməsi bugün Rəsmi Kiyev üçün mühüm prioritet təşkil edir:

“Çünki Rusiya da İran istehsalı olan hava hücumundan müdafiə sistemini yarmaq elementlərini özündə əks etdirən PUA-ların alınması ilə bağlı addımlar atır. Bir gecə ərzində Ukraynanın bütün şəhərləri İran PUA-ları tərəfindən hücuma məruz qaldı. “Patriot” raketləri də xüsusi əhəmiyyət kəsb edə bilər. Bu raketlərin texniki üstünlükləri çox genişdir. Türkiyə də “Patriot” raketlərinin alınması ilə bağlı ABŞ-a müraciət etsə də müsbət cavab almadı. Türkiyə də məcburiyyət qarşısında qalıb Rusiya istehsalı olan “S-400″ raketlərinin tədarükünü həyata keçirtdi”.

Politoloqun fikrincə, “Patriot” raketləri Rusiya-Ukrayna müharibəsinə də əhəmiyyətli dərəcədə təsir göstərəcək:

“Bu, Rusiyanın hücumlarını qabaqlamaq məqsədi daşıyır. Eyni zamanda, ABŞ-da qlobal silah bazarında öz üstünlüklərini nümayiş etdirməyə çalışır. Müharibələr gələcəkdə  silah biznesinə və istehsalçı ölkələrə diqqəti artırır. Ukraynaya siyasi, texniki dəstəyin gücləndirilməsi məqsədi daşıyan yardım paketidir. Bu raketlər zenit-raket kompleksi seqmentində öz yeri ilə seçilir və Ukrayna ordusunun hava hücumundan müdafiə sisteminin daha da sabit şəkildə qorunmasına xidmət edəcək”.

//Safura Bənnayeva, Editor.az