Patruşev: Amerikanın Yaponiyadakı raketləri Rusiya üçün təhlükə yaradırbackend

Patruşev: Amerikanın Yaponiyadakı raketləri Rusiya üçün təhlükə yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın ABŞ-ın Asiyada orta və yaxın mənzilli raketlərin yerləşdirilməsi planında iştirakı Rusiya üçün təhlükə yaradır.

Editor.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Xidmətinin katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, Yaponiyanın ABŞ-ın Asiyada orta və yaxın mənzilli raketlər yerləşdirmək planında iştirakı Rusiyanın Uzaq Şərq regionu üçün təhlükə yaradır.

“Yaponiyaya Pentaqonun Asiyada orta və yaxın mənzilli raketlər yerləşdirmək planlarında da mühüm rol verilir ki, bu da bizim Uzaq Şərq regionlarımız üçün əlavə təhlükəsizlik təhdidləri yaradır”, – Patruşev bildirib.

//Gülnarə Abasova, Editor.az