Patruşev: “Ukrayna böhranının həlli indi real görünmür, Kiyevə sülh bağlamağa icazə verilməyəcək”backend

Patruşev: “Ukrayna böhranının həlli indi real görünmür, Kiyevə sülh bağlamağa icazə verilməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna böhranının həlli perspektivi bu gün görünmür və Kiyevə sülh bağlamağa icazə verilməyəcək”.

Bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev Misirin paytaxtı Qahirədə Rusiya və Misir rəsmiləri arasında təhlükəsizliklə bağlı məsləhətləşmələrdə Ukrayna böhranına toxunub. Misirli tərəfdaşlarına Ukrayna ətrafındakı böhrana balanslı münasibətinə görə təşəkkürünü bildirən Patruşev, “Biz Qahirənin Kiyev rejiminə silah verməkdən imtina etməsini alqışlayırıq. Eyni zamanda, amerikalıların və avropalıların ciddi təzyiqlərinə baxmayaraq, belə bir qərarın qəbul edildiyinin fərqindəyik”,-deyə o bildirib.

//Gülnarə Abasova, Editor.az